“SSRİ-də azadlıq mübarizəsinin önündə Azərbaycan xalqı gedirdi” –Nazir müavini Xələf Xələfov

“Qanlı yanvar hadisələrindən 32 il ötür. Eyni zamanda, biz ötən il Azərbaycanın müstəqilliyinin 30 illiyini qeyd etdik”.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Tam əminliklə demək olar ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqilliyə, öz respublikasının bütövlüyü uğrunda mübarizəsinə qarşı həyata keçirilmiş bir terror, cinayət aktı idi. O dövrdə SSRİ-nin bütün bölgələrində xalqlar azadlıq uğrunda mübarizəyə qalxmışdılar. Bu mübarizənin önündə qəhrəman Azərbaycan xalqı gedirdi. O dövrdə fürsətdən istifadə edən mənfur düşmən qonşumuz Azərbaycana qarşı öz hiyləgər siyasətini həyata keçirməyə başladı. Bu siyasəti həyata keçirmək üçün, Azərbaycan ərazisinin bir hissəsini qopartmaq, özünə birləşdirmək üçün münbit şərait seçmişdi. Erməni daşnakları, erməni separatçıları, erməni terror təşkilatları hamısı əlbir olaraq ilk öncə satqın SSRİ siyasi rəhbərliyinə yol tapmışdılar, onlarla sövdələşmişdilər və bütün səylərini birləşdirmişdilər ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ondan qopartsınlar və onu Ermənistana birləşdirsinlər”, – X. Xələfov vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Teymur Musayev səhiyyə naziri təyin edildi –

Sonrakı məqalə

İradə Gülməmmədova Abşeronun icra başçısı vəzifəsindən azad edilib