“Ukraynadakı hazırkı vəziyyətin yaranmasında SSRİ rəhbərlərinin milli-ərazi məsələsi ilə bağlı qərarlarının nəticələri də mənfi rol oynayıb”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Monqulstanın “Onoodor” qəzetinə müsahibəsində bildirib.
Putin bildirib ki, Ukrayna 1917-ci il inqilabından dərhal sonra, bu ərazidə qeyri-sabit və qısamüddətli, dəqiq sərhədləri olmayan kvazi-dövlət birləşmələri yaranan zamanda yaranıb: “Sonradan SSRİ-nin tərkibindəki müttəfiq respublikaların sərhədləri “proletar zərurətinə” əsaslanaraq kifayət qədər özbaşına çəkilib. Beləliklə, əsasən rusların məskunlaşdığı sənaye Donbas Ukraynaya verildi. Sonra Stalin Böyük Vətən Müharibəsi ərəfəsində və ondan sonra Sovet İttifaqının tərkib hissəsi kimi əvvəllər Polşa, Rumıniya və Macarıstana məxsus olan bəzi torpaqları Ukraynanın tərkibinə daxil etdi. 1954-cü ildə N.S.Xruşşov faktiki olaraq RSFSR-in tərkibində olan Krımı Ukraynaya verdi”.
Putin bütün bunlara görə sovet rəhbərliyini ittiham edib.
“Başa düşmək lazımdır ki, sovet liderləri SSRİ-nin süni şəkildə çəkilmiş daxili inzibati sərhədlər boyunca mövcudluğunu itirəcəyini və parçalanacağını güman etmədən öz dövrünün geosiyasi reallıqlarına uyğun hərəkət edirdilər. Ona görə də indi baş verənlərin, şübhəsiz ki, öz tarixi ilkin şərtləri var”-deyə Putin vurğulayıb.
Rusiya prezidenti həmçinin deyib ki, eni zamanda, hazırda Ukraynada baş verən faciənin əsas səbəbi ABŞ başda olmaqla kollektiv Qərbin düşünülmüş anti-Rusiya siyasətidir: “Onlar onilliklər ərzində onlar Ukrayna üzərində tam nəzarəti əldə etməyə çalışırlar. Sistemli şəkildə Rusiyanın guya Ukraynanın əbədi düşməni, onun mövcudluğuna əsas təhlükə olması konsepsiyasını təbliğ edirdilər. Ukrayna mahiyyət etibarilə Qərbin geosiyasi ambisiyalarının həyata keçirilməsində sövdələşmə obyektinə çevrilib”.