“SSRİ-nin dağılması Rusiya üçün yaxşı dərs oldu” –

PUTİN
“SSRİ 1980-ci illərin sonunda zəiflədi və dağıldı. Bu bizim hamımız üçün dərsdir. İradənin iflic olması unutmağa aparır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin xalqa müraciətində deyib.
“Sovet İttifaqı 80-ci illərin sonunda zəiflədi, daha sonra dağıldı. O zaman baş verənlər bu gün bizim üçün yaxşı dərsdir. O göstərdi ki, hakimiyyətin və siyasi iradənin iflic olması deqradasiyanın ilk addımıdır”-deyə Putin bildirib.
Onun sözlərinə görə, özünə inamı itirmək hər şeyi itirməyə bəs elədi. “Dünyada qüvvələr balansı pozuldu. Bu ona gətirib çıxardı ki, keçmiş razılaşmalar bu gün işləmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir