SSRİ-nin məşhur “Buratino” filmindəki “Malvina” vəfat edib –

FOTO
19 May 2021 - 20:51

SSRİ-nin kult uşaq filmlərindən sayılan “Büratinonun macəraları”filmində Malvina rolunu oynamış Tatyana Prosenko 53 yaşında vəfat edib.

Azpost.info bildirir ki, bu barədə onun həyat yoldaşı,jurnalist Aleksey Voytyuk məlumat verib. “Bu gün 10.30-da səhər Tanya xəstəxanın reanimasıya şöbəsində vəfat etdi. 3 il xəstəliklə mübarizə apardı. Təəssüf”-deyə həyat yoldaşı yazıb.

Aktrisa onkolji xəstəlikdən dünyasını dəyişib.

T.Porsenko 8 aprel 1968-ci ildə anadan olub. 1976-cı ildə ekrana çıxan “Buratino” filmi sovet uşaqlarının ən çox sevdiyi filmlərədən idi. Malvina obrazı bütün uşaqları valeh etmişdi.