SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov karantinə alınıb

07 Oktyabr 2021 - 23:55
SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov karantindədir. 
Azpost.info bildirir ki, bu barədə “Qorbaçov Fondu”nun mətbuat xidmətinin rəhbəri Pavel Palajçenko bildirib.
Onun sözlərinə görə, Qorbaçov pandemiyaya görə həkimlərin tövsiyəsi ilə karantinə alınıb, amma koronavirusa yoluxmayıb: “Qorbaçov koronavirusa yoluxmayıb. Koronavirusla bağlı vəziyyətə görə həkimlərin tövsiyəsi ilə karantində saxlanılır. Özü xəstə deyil”. 
Palajçenko deyib ki, Mixail Qorbaçov artıq bir aydır karantindədir. Bununla yanaşı o sabiq prezidentin harada olduğunu deməyib. “Biz onunla daim əlaqədəyik. Bu gün Qorbaçovla danışdım. Putinə təbrik məktubu göndərdi”-deyə Palajçenko vurğulayıb.