SSRİ-nin sabiq rəhbəri Nikita Xruşşovun nəvəsi vəfat edib

SSRİ-nin sabiq rəhbəri Nikita Xruşşovun nəvəsi Moskvada vəfat edib.

Azpost.info bildirir ki, 69 yaşlı Aleksey Adjubeyin meyiti Tverskayadakı mənzilində tapılıb

SHOT teleqram kanalının məlumatına görə, ölümündən az əvvəl Xruşşovun nəvəsi dostuna zəng edərək özünü pis hiss etdiyini bildirib. Bu zaman o, artıq danışmaqda çətinlik çəkir və şiddətlə xırıldayrmış.

Təcili yardım gələndə Adjubey artıq ölmüşdü. Ölümün səbəbi müəyyənləşdirilir.

Aleksey Alekseeviç Adjubey məşhur sovet jurnalisti, “İzvestiya”nın baş redaktoru Aleksey İvanoviç Adjubeyin və Nikita Xruşşovun qızı Radanın nikahından olan oğludur.

Azpost.info

Əvvəlki məqalə

TƏBİB-dən Şəkidə azyaşlının qızılcadan ölməsi ilə bağlı

Sonrakı məqalə

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib