Stress bu xəstəliklərin yaranmasına səbəb olur – HƏKİM AÇIQLADI 

Üzləşdiyimiz bir çox problemlər bizi stressə salır. Bəziləri vəziyyətdən özünü çıxara bilsə də, bəziləri daha ağır problemlərlə qarşılaşır.

Maraqlıdır, stressi yaradan amillər nələrdir?

Psixoloq Gülnar Orucova Lent.az -a bildirib ki, bu prosesin baş verməsi üçün səbəblər çox ola bilər:

“Stress həyatımızda qaçılmaz prosesdir. Bu vəziyyətə uşaq da, böyük də düşə bilər. Stress müxtəlif səbəblərdən yaranır və bu prosesi yaşayan insanın yaşına görə dəyişir. Məsələn, kiçik yaşlı uşaqlar bağçaya gedəndə stress keçirə bilər. Bu zaman uşaq tez-tez ağlayır, aqressiv olur, bağçaya adaptasiya ola bilmir. Bundan başqa, azyaşlı uşağın doğmalarından birini itirməsi, ana-atasının boşanması və ya iki tərəfdən birinin uşaqla kobud rəftarı onlarda stressin yaranmasına gətirib çıxara bilər.

Böyüklərdə isə bunun bir çox əlaməti ola bilər. Məsələn, bir insanın sevgilisindən, işindən ayrılması və ya işə ilk başladığı gün, insanlarla münasibətinin gərgin olması, hətta gözlədiyi avtobusun gec gəlməsi və s. stressə gətirib çıxara bilir. Digər bir səbəb: bəzi insanlar görəcəkləri müxtəlif işlərlə bağlı planlar qururlar və planları istədikləri kimi baş tutmayanda özlərinə dərd edirlər. Bu da insanları stressə salan səbəblərdən biridir. Bu insan psixologiyasından irəli gələn məsələdir. Bəzi insanlar yıxılmasını da özünə dərd edir”.

Həkimin sözlərinə görə, stress 2-3 gündən artıq davam edərsə, bu depressiyaya, sonra psixoloji durumun pozulmasına səbəb ola bilər:

“Stressi uzun müddət yaşamaq xroniki xəstəliklər, arterial qan təzyiqi, başağrısı, depressiya, psixoloji xəstəliklər yarada bilər ”.

G.Orucova problemlə bağlı oxuculara məsləhət də verib:

“Stressi daha çox özünə güvəni olmayan, iradəsi zəif insanlar yaşayır. Bu prosesi insan özündən uzaqlaşdırmağa çalışmalıdır. İnsanlar bu situasiyadan çıxmaq üçün həyata baxışlarını dəyişib, problemlərə qarşı dözümlü olmalıdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada təyyarə qəza enişi etdi –

Sonrakı məqalə

Atəşkəs gecə 20 dəfə pozulub –