Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Su tarifləri ilə bağlı təhlillər aparılır

User 03 Oktyabr 2025 - 16:14 (Last updated: 03 Oktyabr 2025 - 16:14)
sular04

Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.

O qeyd edib ki, bu məsələ “Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamız”da da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib:

“Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik”.

Ə. Şirinov deyib ki, diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir:

“Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər müəyyənləşdirilir. Dünyada bu praktika geniş yayılıb. Bizim strategiyadakı araşdırmalarımızın da məqsədi məhz belə əsaslandırılmış bir təklifi hazırlayıb Tarif Şurasına təqdim etməkdir. Bu məsələ üzərində iş davam edir, hələ təklifimizi rəsmi olaraq təqdim etməmişik”.

Ə. Şirinov qeyd edib ki, adətən diferensial tarif deyəndə insanlar qiymətlərin artacağını düşünürlər:

“Amma bu, əslində belə deyil. Əksinə, diferensial tarifin məqsədi aşağı gəlirli əhalini qorumaq, onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən etməkdir”.

“Bu sahədə biz “Azərqaz” və “Azərişıq” təcrübəsindən də faydalanacağıq. Çünki onlarda diferensial tarif mexanizmi artıq tətbiq olunub. Hazırda yalnız su kommunal sahəsində belə bir mexanizm mövcud deyil. Gələcəkdə biz bununla bağlı təkliflərimizi təqdim edəcəyik”, – deyə Ə. Şirinov əlavə edib.

AzPost.az

Post navigation

Previous: Elektromobil öz-özünə işə düşdü –
Next: ABŞ-da süni intellekt ilk dəfə olaraq 16 virus yaratdı

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasını az ehtimallı hesab etdiyini bildirib. Tramp bu...
Read more about “İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP
erdo qayit01
  • Sosial

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08
Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.