Süleyman Soylu:"Əməliyyatlar nəticəsində 1144 terrorçu zərərsizləşdirilib"

Türkiyənin hava qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində indiyədək ümumilikdə 1144 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.

Nazir bildirib ki, 2018-ci ildə zərərsizləşdirilən terrorçuların sayı 363 nəfərdir. Son 10 ay ərzində danışıqlar yolu ilə 289 terrorçu təslim olub. Bu ilin noyabr ayınadək FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 559 min 64 nəfər barəsində müvafiq tədbirlər görülüb. Bu səbəbdən saxlanılan 261 min 700 nəfərdən 91 min 287-si həbs edilib. 2016-2019-cu illər ərzində Türkiyə ərazisində ümumilikdə 1058 İŞİD terrorçusu zərərsizləşdirilib. Türk Silahlı Qüvvələri tərəfindən Türkiyə sərhədlərindən kənarda terror təşkilatlarına qarşı aparılan əməliyyatların nəticəsi olaraq 368 min 217 suriyalı vətəninə qayıdıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Zibilə görə böyük pullar ayrılır, amma kəndlərdə vəziyyət biabırçılıqdır” –

Sonrakı məqalə

Baş Prokurorluq açıqlama yaydı: