Amerikalı senator Kris Mörfi bəyan edib ki, İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsi regional müharibəyə səbəb ola bilər.
Bu barədə “Report” “RT”yə istinadən xəbər verib.
“Amerikanın Konqresin razılığı olmadan İranın ikinci ən güclü adamını öldürməsi doğrudurmu?”, Mörfi “Twitter” səhifəsində yazıb.
Senator əlavə edib ki, ABŞ bu yolla “bölgədə böyük müharibə”yə səbəb ola bilər.