Süleymaninin öldürülməsini Trampa kim təklif edib? –"Vaşinqton Post" detalları yazdı

İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin qətlində Dövlət katibi Mayk Pompeonun xüsusi rolu olub.

Modern.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, diplomat bir neçə ay ərzində prezident Trampı generalı öldürməyə səsləyirdi.

Mənbə Tramp və Pentaqonun uzun müddət buna qarşı olduqlarını yazır. Hərbi komadanlıq İranın Yaxın Şərqdə möhkəmlənməsinə qarşı çıxıblar və əsas gücü Şərqi Asiya regionuna yönəltməyi istəyiblər.

Amma dekabrın 27-də Kərkükdə ABŞ hərbi bazasının raket atəşinə tutulması mülki şəxsin ölümü məsələyə münasibəti dəyişir. Hadisədən iki gün sonra Mayk Pompeo, müdafiə naziri Mark Esper və Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsi Mark Milli Florida ştatında Trampın iqamətgahına gedirlər. Onlar cavab zərbəsi olaraq fərqli variantlar təklif edirlər.

Sonda Esper və Pompeonun inadlı xahişləri qarşısında Tramp Süleymaninin məhvinə razı olur. Ağ Evdəki mənbələr eks-müdafiə naziri Cim Mettisin heç vaxt Süleymaninin ölümünə razı olmayacağını və bunu çox riskli hesab edəcəyini əlavə edir.

“Vaşinqton Post” Süleymaninin öldürülməsindən sonra Pompeonun Avropadakı müttəfiqlərdən aksiyaya dəstək istəməyə çalışdığını yazır. Amma Avropa liderləri aksiyanı pisləyərək bunun İranın nüvə proqramının sülh yolu ilə həllinə mane olacağını bildirib.

“ABŞ heç bir halda, İranın zənginləşdirilməsi ilə bağlı razılaşmanın bərpasına dəstək olmadı, indi isə hər kəsin onları alqışlamasını istəyir”-deyə avropalı diplomatlardan biri deyib.

Amma Pompeo hücumun Avropada bir çox insan həyatları xilas etdiyini düşünür. Digər tərəfdən, qəzet Mayk Pompeonun məqsədinin ABŞ-da nüfuza malik yəhudi lobbininin köməyindən istifadə edərək öz siyasi karyerasını inkişaf etdirməyə çalışdığını iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb

Sonrakı məqalə

“İraqı inandırmaq üçün sanksiyalar işə yaramayacaq”