““Sülh çeşməsi” xaricində yeni əməliyyata ehtiyac yoxdur”

- Türkiyə Milli Təhlükəsizlik Nazirliyi
23 Oktyabr 2019 - 13:20

Türkiyənin Milli Təhlükəsizlik Nazirliyi Suriyanın Fərat çayının şərqində aparılan “Sülh çeşməsi” antiterror əməliyyatlarına verilən 120 saatlıq fasilədən sonra açıqlama verib.

Azərtac xəbər verir ki, açıqlamada Türkiyə ilə Rusiya arasında imzalanan razılaşmaya əsasən, “Sülh çeşməsi”nin keçirildiyi ərazi xaricində yeni əməliyyatın icrasına ehtiyac olmadığı bildirilir.

Qeyd edilir ki, verilən vaxtın başa çatmasına baxmayaraq, PKK və YPG terrorçularının bölgədən çəkilməsi işləri tamamlanmayıb.