““Sülh çeşməsi” xaricində yeni əməliyyata ehtiyac yoxdur”- Türkiyə Milli Təhlükəsizlik Nazirliyi

Türkiyənin Milli Təhlükəsizlik Nazirliyi Suriyanın Fərat çayının şərqində aparılan “Sülh çeşməsi” antiterror əməliyyatlarına verilən 120 saatlıq fasilədən sonra açıqlama verib.

Azərtac xəbər verir ki, açıqlamada Türkiyə ilə Rusiya arasında imzalanan razılaşmaya əsasən, “Sülh çeşməsi”nin keçirildiyi ərazi xaricində yeni əməliyyatın icrasına ehtiyac olmadığı bildirilir.

Qeyd edilir ki, verilən vaxtın başa çatmasına baxmayaraq, PKK və YPG terrorçularının bölgədən çəkilməsi işləri tamamlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir”

Sonrakı məqalə

BMT Baş katibinin müavini Azərbaycana gəlir