Almaniya parlamenti Kiyevə dəstək üçün uzunmüddətli strategiya hazırlayacaq.
Azpost.info xəbər verir ki, bu təkliflə parlamentin müdafiə komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman çıxış edib.
Komitə sədri federal hökuməti Ukraynaya uzunmüddətli hərbi yardım planlaşdırmağa çağırıb.
Onun sözlərinə görə, yardım təcili olaraq çatdırılmalıdır: “Almaniya bunu həyata keçirmək üçün Ukrayna ordusu və NATO tərəfdaşları ilə sıx əməkdaşlıq etməlidir”.
Komitə sədri həmçinin qeyd edib ki, Almaniyanın Ukraynaya yardım strategiyası yoxdur və müəyyən silah növləri ilə bağlı tələblərə cavab strategiya sayıla bilməz: “Ukraynadakı vəziyyət Almaniyaya da birbaşa təsir edir, Əgər biz gələcəkdə də sülh içində və azad yaşamaq istəyiriksə, Kiyevə kömək etməliyik”.
Azpost.info