Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Sülh sazişi ilə bağlı iki tərəfin çox fərqli təklifləri var” –

User 23 Oktyabr 2024 - 12:34 (Last updated: 21 May 2025 - 20:15)
hikmet haciyev foto

“Neft hasil edən dövlətləri uyğun olmayan ev sahibi kimi qiymətləndirmək ikiüzlü oyundur. Gələn ay Azərbaycan COP29-a ev sahibliyi edəcək və artıq 28-ci dəfədir ki, iqlim sammiti neft və qaz hasil edən ölkədə keçiriləcək”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın “Financial Times” nəşrinə açıqlamasında söyləyib.

Hikmət Hacıyev qeyd edib ki, İsveçrə istisna olmaqla, bu konfransa ev sahibliyi edən ölkələrin hamısı hasilatla məşğuldur. İstisnasız olaraq, dünyanın bütün ölkələri qazıntı yanacağı istehlakçısıdır. Belə əsassız iddianın əvəzinə, bu ölkənin ev sahibliyi etmək üçün hansı yolu keçdiyini, nəyə nail olmağı planlaşdırdığını və bunun səbəbini soruşmaq daha məntiqli olardı. Azərbaycan bu il iqlim konfransına ev sahibliyi edəcəyini əsla gözləmirdi; biz 30 ildir ərazimizin az qala beşdə birini işğal edən qonşu Ermənistan tərəfindən təklifimizə veto qoyulacağını gözləyirdik.

Bununla belə, ötən ilin dekabrında gözlənilməz razılaşmaya əsasən, Ermənistan davam edən sülh danışıqlarının bir hissəsi kimi Azərbaycanın ev sahibliyini dəstəkləməyə razılaşdı. Danışıqlar davam edir və mühüm irəliləyiş əldə olunub. Sərhəd delimitasiyası komissiyaları fəal işləyirlər. Ermənistan komissiyası 1990-cı ildə postsovet ölkələri arasında sərhədlərin suverenliyinə dair öhdəliyi təsbit edən Alma-Ata Bəyannaməsini bu yaxınlarda qəbul etdi.

Çoxları COP-dan əvvəl rəsmi sülh sazişinin imzalanmasını istərdi, lakin danışıqlar otağında sazişi razılaşdıran iki tərəfin çox fərqli təklifləri var. Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı revanşist ərazi iddiası yer alır. Sülh sazişini yekunlaşdıra biləcəyimiz sürət daha çox Ermənistanın bu məsələni nə qədər tez həll edə biləcəyindən asılıdır. Bunu durğunluq adlandıran tənqidçilər özlərinə sual verməlidir ki, hələ də onlara qarşı ərazi iddiası irəli sürən keçmiş düşməni ilə sülh sazişi imzalaya bilərmi? Bununla belə, sazişin imzalanmasının COP-un başlayacağı vaxta qədər baş verib-verməyəcəyindən asılı olmayaraq, göstərilən səylər baxımından bu tədbir sülh konfransı olacaq.

Prezidentinin köməkçisi vurğulayıb: “Builki COP-da qazıntı yanacaqlarından qlobal keçidi reallığa çevirmək üçün maliyyə məqsədinin – “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin geniş təşviqinə diqqət yetiriləcək. Bundan əlavə, Azərbaycan neft və qaz hasil edən digər dövlətlərin və şirkətlərin sərmayə qoyacağını gözlədiyimiz iqlim fondu yaradıb. Azərbaycan neft və qaz istehsalçısı olan ölkənin bərpaolunan enerjiyə necə keçid edə biləcəyi örnəyini nümayiş etdirir. Biz təkcə regionun ən böyük bərpaolunan layihələrini həyata keçirmirik, həm də mədən yanacağından elektrik enerjisi ixracına keçid edirik. Azərbaycan Aİ ilə tərəfdaşlıq şəraitində Xəzər dənizinin külək enerjisini qitə ilə əlaqələndirmək üçün Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsini inkişaf etdirir. Xarici enerji bazarlarını hərəkətə gətirən tələbata təsir edə bilməsək də, təklif tərəfini yenidən formalaşdırırıq. Azərbaycan COP-a ev sahibliyi edir, çünki biz sülh yolu ilə gedirik. COP-da biz qazıntı yanacaqlarından bərpaolunan mənbələrə ədalətli keçidi maliyyələşdirmək üçün yeni fondların tərəfdarı olacağıq, bu dəyişikliyi artıq özümüzdə fəal surətdə davam etdiririk.”

Post navigation

Previous: Gəncə, Lənkəran və Qazaxa prokurorlar təyin olunub
Next: Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşüb, hərbi əməkdaşlıq planı imzalanıb

Oxşar xəbərlər

mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31
ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07

xƏBƏR

polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Oktyabrın 28-də Azərbaycanda polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində axtarışda olan 119 nəfər saxlanılıb. Onlardan 94-ü borclu...
Read more about Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.