“İrəvan və Bakı arasında sülh sazişi layihəsində erməni əsirlərin azad edilməsi məsələsi yer almayıb”.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında yer alıb.
“Bu məsələ 2020-ci il noyabrın 9-da Rusiya və Azərbaycanın əsirlərin qaytarılması problemini həll etməyi öhdəsinə götürdüyü üçtərəfli bəyanatda yer alıb”, – Simonyan deyib.
Azpost.info