“Sülhməramlılar Qarabağda ciddi insidentə imkan verməyib” –ŞOYQU

“Sülhməramlılar Dağlıq Qarabağda bir dənə də olsun ciddi insidentə imkan verməyib”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinin iştirakı ilə keçirilən kollegiyada çıxışı zamanı deyib.

“Dağlıq Qarabağ ərazisində əməliyyatlar uğurla aparılır. Qısa müddətdə rus qoşunu nəzərdə tutulmuş rayonlarda yerləşdirilib və 23 müaşhidə postunda tapşırıqları icra etməyə başlayıb. Bu günə qədər heç bir ciddi insidentə imkan verilməyib”.

Şoyqunun sözlərinə görə, Laçın dəhlizi boyu mülki nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilir: “Mülki şəxslər təhlükəsiz halda yaşayış yerlərinə qayıdır. 14 noyabrdan 42 min qaçqının geri qayıtması təmin olunub”.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya sülhməramlıları Dağlıq Qarabağda atəşkəslə bağlı razılaşmanın qarantıdır” –

Sonrakı məqalə

Putin Narışkinin Yaqub Eyyubovla ailəvi dostluğu barədə yayılan məlumatla maraqlanmayıb