Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbiAÇIQLANDI

Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

Bunu Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir. “Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Doqquz ayda ölkədə 47 min nikah bağlanıb, 107 min körpə doğulub –

Sonrakı məqalə

“Azərbaycanda bələdiyyələrin səlahiyyətləri ən aşağı səviyyədədir”