İsmayıllıda bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə Lahıc qəsəbəsində çay yatağında qeydə alınıb. Belə ki, 1970-ci il təvəllüdlü Sumqayıt sakini Əyyub Əfəndiyev iş görən zaman ekskavatorun altında qalaraq ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzPost.az