Sumqayıt şəhərinin Corat qəsəbəsində ölüm hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, qəsəbə sakini 2000-ci il təvəllüdlü İmambaxışova Xanım Qurban qızı sirkə turşusu içib.
Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.