Sumqayıtda müəllim koronavirusdan vəfat edib

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.

Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.

N. Hacıyeva Sumqayıt şəhər 28 nömrəli məktəbin fizika müəllimi idi və onun çalışdığı təhsil müəssisəsi ötən gündən distant təhsilə keçib.

Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

Sonrakı məqalə

Bakıda mənzildən 1 milyon manat oğurlayan şəxsin məhkəməsi başlanır