Sumqayıtda yataqxanada 2 nəfərin çürümüş meyiti tapıldı

Sumqayıt şəhərinin 18-ci məhəlləsində yataqxanaların birində mənzildən 2 meyit tapılıb.  

Yataqxanada ətrafa üfunət iyi yayıldığını görən qonşular aidiyyəti qurumlara müraciət ediblər.

Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra öldüyü məlum olub. Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törədiblər. Ölən şəxslərin məhz tüstüdən zəhərlənərək öldüyü məlum olub.

Meyitlərə keçirilən baxış zamanı onların çürüdüyü və hadisənin 5 gün bundan qabaq baş verdiyi istisna olunmur.

Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil.

Meyitlər aidiyyəti üzrə təhvil verilib. (APA)

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Afaq Bəşirqızı pilləkəndən yıxılaraq ağır xəsarət alıb

Sonrakı məqalə

İşsiz qalmış xalq artisti bekarçılıqdan bezib: