Sumqayıtda YDM-də yanğın –

Mağaza və avtomobil yandı (FOTO)
03 Noyabr 2019 - 00:15

Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

Hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində qeydə alınıb. Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanacaq doldurma məntəqəsində baş vermiş yanğın söndürülüb.

Hadisə YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib. Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan “Mercedes” markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib. (APA)