Sumqayıtda YDM-də yanğın –Mağaza və avtomobil yandı (FOTO)

Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

Hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində qeydə alınıb. Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanacaq doldurma məntəqəsində baş vermiş yanğın söndürülüb.

Hadisə YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib. Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan “Mercedes” markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib. (APA)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bavariya” 10 ildən sonra 5 qol buraxıb

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 21 dəfə pozub