Sumqayıtda yeni ana olan qadın qəflətən ölüb

05 İyun 2020 - 10:06

Sumqayıtda 44 yaşlı qadın qəflətən ölüb.

1976-cı il təvəllüdlü Əliyeva Lalə Mirsahid qızının yaşadığı evdə qəflətən vəziyyəti pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

L. Əliyeva 25 gün bundan öncə ana olubmuş. 44 yaşlı qadının ölüm səbəbləri aparılan ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır. (APA)