Süni intellekt ilk dəfə olaraq pyes yazıb

05 Aprel 2021 - 09:34

GPT-2 süni intellekt sistemi tədqiqatçıların rəhbərliyi ilə pyes yazmağa nail olub.

“Sciencemag” jurnalı xəbər verir ki, İlon Maskın “OpenAI” kompaniyası tərəfindən hazırlanan GPT-2 sistemi internetdə əlçatan olan informasiyanın filtrasiyası hesabına mətni generasiya edən kompüter modelidir. Əvvəl bu texnologiya hekayə və şerlərin yazılması üçün istifadə olunub.

Tədqiqatçılar pyesin yazılması prosesini işə salmaq üçün proqrama iki dialoq təklifi daxil edib. Sonra süni intellekt informasiyanı hesablayaraq 1000 sözlük əlavə mətn hazırlayıb.

Məntiqi və ya faktiki uyğunsuzluqlar aşkar olunduqca hadisəyə müdaxilə edilsə də, pyesin yekun ssenarisinin 90 faizinə düzəliş olunmadığı bildirilir.