Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Süni intellektlə hazırlanmış saxta şəkilləri necə tanımaq olar?

User 21 İyul 2026 - 08:40 (Last updated: 21 İyul 2026 - 08:15)
Süni intellekt

Süni intellekt

Süni intellekt texnologiyalarının sürətlə inkişafı nəticəsində saxta şəkillər o qədər real görünməyə başlayıb ki, onları həqiqi fotolardan ayırd etmək getdikcə çətinləşir. Bununla belə, alimlər bildirirlər ki, bir neçə xarakterik əlaməti bilmək dipfeyk (deepfake) görüntülərini tanımaq şansını əhəmiyyətli dərəcədə artırır.

Azpost.info xəbər verir ki, bu nəticəyə Böyük Britaniyanın Aberdin Universiteti və Avstraliya Milli Universitetinin tədqiqatçıları gəliblər. Onlar insanların süni intellekt tərəfindən yaradılmış şəkilləri necə qəbul etdiyini araşdırıblar.

Araşdırma zamanı yüzlərlə könüllüyə minlərlə real insan fotosu və neyroşəbəkə tərəfindən yaradılmış üz şəkilləri göstərilib.

Təlimdən əvvəl iştirakçılar saxta görüntüləri təxminən 10 haldan 4-də düzgün müəyyən edə biliblər. Lakin cəmi bir saatlıq təlimdən sonra onların düzgün tanıma göstəricisi 80 faizə qədər yüksəlib.

Süni intellektlə yaradılan şəkillərin əsas əlamətləri

Alimlər müəyyən ediblər ki, süni intellektin hazırladığı şəkillərdə aşağıdakı xüsusiyyətlər daha çox müşahidə olunur:

üz cizgilərinin həddindən artıq simmetrik olması;

orta statistik görünüşə malik sifət cizgiləri;

fərdiliyi zəif hiss olunan, həddindən artıq cazibədar görünüş;

emosiyaların zəif ifadə olunması;

üzün yadda qalmasının çətin olması.

Mütəxəssislər qeyd edirlər ki, müasir süni intellekt alqoritmləri hələ də uşaqların, yaşlı insanların və bəzi etnik qrupların fotolarını tam real şəkildə yaratmaqda çətinlik çəkir. Bunun səbəbi modellərin öyrədilməsi zamanı istifadə olunan məlumat bazalarının xüsusiyyətləri ilə əlaqələndirilir.

Dipfeyklər təhlükə yaradır

Ekspertlərin sözlərinə görə, dipfeyk texnologiyasının sürətlə yayılması ciddi problemə çevrilir. Fırıldaqçılar artıq bu texnologiyadan istifadə edərək başqa şəxslərin kimliyinə bürünür və insanları aldatmağa çalışırlar.

Bu səbəbdən mütəxəssislər xüsusi testlər və məşqlər vasitəsilə saxta şəkilləri tanımaq bacarığını mütəmadi inkişaf etdirməyi tövsiyə edirlər. Onların fikrincə, davamlı praktika dipfeyk görüntülərini aşkar etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Alimlərdən ciddi xəbərdarlıq:
Next: Messi məğlubiyyətdən sonra danışdı:

Oxşar xəbərlər

beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53

xƏBƏR

beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi...
Read more about Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.