Suraxanı, Biləsuvar və Goranboyda bu gün qaz olmayacaq –SƏBƏB

Oktyabrın 15-də səhər saat 09:00-dan 18:00-dək Biləsuvar rayonunun mərkəzi və bir neçə yaşayış sahəsində qaz təminatında fasilə yaranacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, bu zaman orta təzyiqli qaz xətti üzərində quraşdırma, əvəzlənmə və qaz sızmalarının ləğvi işləri aparılacaq.

Eyni saatlarda Goranboy rayonu, Dəliməmmədli şəhərinin Səməd Vurğun küçəsində yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə bağlı rayonun bir neçə kənd və qəsəbəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Saat 10:00-dan etibarən isə Suraxanı rayonu, Yeni Suraxanı və Bülbülə qəsəbələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qeyd edilən ərazilərdə qaz təminatında fasilələr olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rafael Cəbrayılovun ŞOK telefon danışığı yayıldı –

Sonrakı məqalə

Daha bir leş alverçisi Bərdədə ələ keçdi –