“Sülh Mənbəsi” (Barış Pınarı) əməliyyatı başlandıqdan bəri Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuların sayı 228-ə çatıb.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.
Nazirliyin açıqlamasında hava əməliyyatı zamanı daha 9 PKK / PYD-YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib: “Beləliklə, “Sülh Mənbəsi” əməliyyatı başlandıqdan bəri zərərsizləşdirilən terrorçuların ümumi sayı 228-ə çatıb”.