“Suriyada “Ağ dəbilqəlilər” kimyəvi silahla təxribat törədəcəklər”- Rusiya XİN-dən xəbərdarlıq

Suriyada “Ağ dəbilqəlilər” təşkilatı terrorçularla birgə yeni təxribatlar hazırlayırlar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Suriya hakimiyyəti müntəzəm olaraq Birləşmiş Millətlər Təşkilatına “Ağ dəbilqəlilər”in terrorçularla birlikdə ölkədə kimyəvi silahdan istifadə etməklə təxribatlar törədəcəyi barədə məlumat verir. Bu məlumat öz təsdiqini tapmaqdadır. Məlumdur ki, onların məqsədi Suriyada sülh prosesini pozmaqdır”, – deyə M. Zaxarova vurğulayıb.

XİN nümayəndəsinin sözlərinə görə, Rusiya ABŞ-ın “Ağ dəbilqəlilər”ə növbəti maliyyə vəsaitini ayırmasından məyus olub.

O qeyd edib ki, Rusiya “Ağ dəbilqəlilər”in psevdohumanitar aksiyalar törətməsi və terror təşkilatları ilə dayanıqlı əlaqələrinin olması barədə sübutları təqdim edib.

Qeyd edək ki, bir müddət əvvəl Ağ Evdən bildirilib ki, ABŞ Prezidenti Donald Tramp “Ağ dəbilqəlilər” kimi tanınan Suriya Mülki Müdafiə təşkilatına 4,5 milyon dollar məbləğində vəsaitin ayrılmasına razılıq verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik:

Sonrakı məqalə

Ermənistan XİN: