“Suriyada İŞİD-çilərin saxlandığı 12 həbsxana mühafizəsiz qalıb” –

Şoyqu Türkiyəyə çağırış etdi
21 Oktyabr 2019 - 09:01

Türkiyə Suriyada əməliyyata başladıqdan sonra əcnəbi terrorçuların saxlandığı 12 həbsxana mühafizəsiz qalıb.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib: “Bu terrorçuların öz vətənlərinə qayıtmasına gətirib çıxara bilər” –deyə nazir narahatlığını ifadə edib.

Şoyqunun sözlərinə görə, türk ordusunun əməliyyatı 12 həbsxananı və 8 qaçqın düşərgəsini mühafizədən məhrum edib. Nazir deyib ki, terrorçulara qarşı bütün dünya ictimaiyyətinin səylərini birləşdirmək lazımdır.