Türkiyənin Müdafiə Nazirliyi Suriyanın şimalında əməliyyatlar başlayandan indiyədək 415 terrorçunun ləğv edildiyini bildirib.
Türkiyənin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bundan öncə əməliyyat zamanı 399 terrorçunun zərərsizləşdirildiyi bildirildi.
“Fərat çayının şərqində gecə saatlarındakı “Sülh mənbəyi” adlı əməliyyat müvəffəqiyyətlə keçirilib. PKK/PYD-YPG terror qruplaşmalarına hava və qurudan zərbələr endirilib. Ləğv edilmiş terrorçuların ümumi sayı 415-ə çatdı”, – deyə Müdafiə Nazirliyinin “Twitter”dəki açıqlamasında qeyd olunur. (APA)