Suriyada öldürülən terrorçuların sayı 415-ə çatdı –Türkiyə Müdafiə Nazirliyi açıqlama yaydı

Türkiyənin Müdafiə Nazirliyi Suriyanın şimalında əməliyyatlar başlayandan indiyədək 415 terrorçunun ləğv edildiyini bildirib.

Türkiyənin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bundan öncə əməliyyat zamanı 399 terrorçunun zərərsizləşdirildiyi bildirildi.

“Fərat çayının şərqində gecə saatlarındakı “Sülh mənbəyi” adlı əməliyyat müvəffəqiyyətlə keçirilib. PKK/PYD-YPG terror qruplaşmalarına hava və qurudan zərbələr endirilib. Ləğv edilmiş terrorçuların ümumi sayı 415-ə çatdı”, – deyə Müdafiə Nazirliyinin “Twitter”dəki açıqlamasında qeyd olunur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə dövlət sərhəddində olan mövqelərimizi atəşə tutub –

Sonrakı məqalə

PKK Türkiyə ərazisinə yenə raket zərbəsi endirib –