Suriyadakı rus hərbi polisində azərbaycanlı var? –

Əsgər türk sərhədçilərə “qardaş gəl, hər şey yaxşıdır” dedi (VİDEO)
29 Oktyabr 2019 - 23:23

Sosial şəbəkələrdə Suriyadakı rus hərbi polisində xidmət edən əslən azərbaycanlı əsgərin videosu geniş müzakirə doğurub.

Suriyanın Həsəkə bölgəsinin Dərbasiyə sərhəd keçidində rus konvoyu atəşə tutulub.
Yayılan videoda keçidin yaxınlığındakı postda partlayıcı paketin partlayışı eşidilir. Hərbçilər Türkiyə sərhədinə doğru addımlayırlar. Burada Türkiyə sərhədinə doğru gedən əsgərin “Qardaş gəl, gəl, hər şey yaxşıdır”,- dediyi eşidilir.

Rusiya hərbi polisinin geyimində olan əsgərin azərbaycanlı olması sosial şəbəkədə müzakirə edilib.