Suriyadakı rus hərbi polisində azərbaycanlı var? –Əsgər türk sərhədçilərə “qardaş gəl, hər şey yaxşıdır” dedi (VİDEO)

Sosial şəbəkələrdə Suriyadakı rus hərbi polisində xidmət edən əslən azərbaycanlı əsgərin videosu geniş müzakirə doğurub.

Suriyanın Həsəkə bölgəsinin Dərbasiyə sərhəd keçidində rus konvoyu atəşə tutulub.
Yayılan videoda keçidin yaxınlığındakı postda partlayıcı paketin partlayışı eşidilir. Hərbçilər Türkiyə sərhədinə doğru addımlayırlar. Burada Türkiyə sərhədinə doğru gedən əsgərin “Qardaş gəl, gəl, hər şey yaxşıdır”,- dediyi eşidilir.

Rusiya hərbi polisinin geyimində olan əsgərin azərbaycanlı olması sosial şəbəkədə müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın müdafiə naziri Bakıya gəldi

Sonrakı məqalə

Mərkəzi Bank növbəti hərrac keçirib –