Suriyada Rusiya hərbi bazasına hücum olub –"Əl-Qaidə"yə bağlı qrup məsuliyyəti üzərinə götürüb

Suriyanın şimal-şərqindəki bir Rusiya hərbi bazasının qarşısında bomba yüklü avtomobil partladılıb. Yerli medianın yazdığına görə, yanvarın 1-də baş verən partlayışa görə, Əl-Qaidə ilə əlaqəli Hurras əl-Din məsuliyyətini öz üzərinə götürüb.

Azpost.info bildirir ki, bomba Raqqa Valiliyindəki Ain Issa’nın 20 kilometr cənubundakı Tel Samandaki Rus bazasında meydana gəlib. Britaniyada yerləşən və müharibə monitorinqini aparan Suriya İnsan Haqları təşkilatı partlayış nəticəsində “bir neçə rus əsgərinin yaralandığını” bildirir.

“İki nəfər bomba quraşdırılmış avtomobili Rusiya hərbi bazasının yaxınlığında saxlayaraq bazaya atəş açıb və sonra gizlənib. Bundan sonra bomba yüklü maşın məhv edilib” – deyə təşkilatının məlumatında bildirilir.

Yerli ANHA xəbər agentliyi isə beş silahlının öldürdüyünü xəbər verir.

Rusiya Müdafiə Nazirliyi hələki baş verən hadisə ilə bağlı açıqlama verməyib.

Məlumata görə, Hurras al-Din’in fəaliyyəti Suriyanın şimal-qərbindəki İdlib əyalətində mərkəzləşdirilib və onlar burada Rusiya hava qüvvələrinin dəstəklədiyi Suriya hökumət qüvvələri ilə döyüşdülər.

Bildirilir ki, bu sözügedən qrupun Suriyanın şimal-şərq bölgəsindəki Rusiya qüvvələrinə qarşı edilən ilk hücumudur.

Rusiya Türkiyə ilə razılaşma çərçivəsində 2019-cu ilin oktyabrında Suriya hökumət qüvvələri ilə birlikdə ölkənin şimal-şərqinə qoşun yeridib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ronaldonun instaqramda izləyici sayı 250 milyona çatıb

Sonrakı məqalə

Məşhur teleaparıcı Larri Kinq koronavirusa yoluxub