“Suriyalıların qayıdışı Rusiya ilə danışıqlardan sonra mümkün olacaq”

- AKP sözçüsü
24 Oktyabr 2019 - 16:10

“Əsəd rejimindən qaçıb Türkiyəyə sığınan suriyalılar məsələsi çox ciddidir. Biz bu məsələni rejimlə yox, Rusiya ilə danışacağıq”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Barış bulağı” hərəkatı ilə əlaqədar atılan diplomatik addımları dəyərləndirərkən deyib.

Ömər Çelik bildirib ki, suriyalıların öz torpaqlarına qayıtması heç bir halda məcburiyyətlə yox, könüllü olacaq: “Bu insanların özlərinin, ailələrinin həyatlarının təhlükəsizliyinin təmin olunması vacibdir. Həyatlarına təhlükə olmayacağı və öz istəkləri olacağı halda onların qayıdışı mümkündür”.