Suriyanın yeni hökuməti ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edib

Suriyadakı Müvəqqəti Hökumətin nümayəndə heyəti Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın yaydığı məlumata görə səfər Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dəvəti əsasında baş tutub.

Müvəqqəti hökumətin ilk rəsmi səfərində xarici işlər naziri Əsad Həsən Şeybani, müdafiə naziri Murhef Əbu Qasra, Suriya kəşfiyyatının rəhbəri Ənəs Xattab yer alıblar.

Müvəqqəti hökumət hələlik səfərin məqsədi və müddəti ilə bağlı açıqlama verməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.