Şurnux kəndində Azərbaycanın hərbi postu qoyulub –

“Sülhməramlılar dedi ki, bizlik deyil, qərar verilib”
03 Yanvar 2021 - 14:19

Yanvarın 5-də Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Şurnux kəndinin delimitasiya xətti ilə müəyyən edilmiş hissəsi Azərbaycanın nəzarətinə keçəcək.

Azpost.info bildirir ki, bu barədə kəndin icra nümayəndəsi Akop Arşakyan bildirib. Bu xətt üzrə ayrılmış ərazidə yaşayan erməni sakinlər oranı tərk etməlidir: “Yanvarın 5-nə qədər Şurnux kəndinin 12 evində yaşayan sakinləri oradan çıxmalıdır. Bizə ayın 5-nə qədər vaxt veriblər”.

Arşakyanın sözlərinə görə Rusiya sülhməramlıları qərarın icra edilməsini tələb edib: “Sülhməramlılar dedilər ki, onlardan heç nə asılı deyil. Bu məsələ barədə artıq qərar verilib”.

Şurnux kəndində aparılan demarkasiyaya əsasən kəndin 12 ev daxil olmaqla bir hissəsi Azərbaycanın nəzarətinə verilir. Bununla əlaqadar Rusiya sülhməramlıları, Azərbaycan hərbçiləri və Ermənistan sərhəd Xidmətinin əməkdaşları kəndə gələrək ayırıcı xətti müəyyən edib.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda – Azərbaycanın Zəngilan rayonunun ərazisində yerləşir.