Şuşada bayram namazı qılınıb

Qurban bayramı münasibətilə Şuşa şəhərində bayram namazı qılınıb.

Bayram namazı Yuxarı Gövhər Ağa məscidində qılınıb. İlk dəfə olaraq, bayram namazında şəhərə yenicə köçürülmüş sakinlər iştirak ediblər. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub.

Xatırladaq ki, indiyədək şəhərdə 126 ailə (491 nəfər) mənzillə təmin edilib.

Əvvəlki məqalə

“Təzə Pir” məscidində bayram namazı qılınıb

Sonrakı məqalə

Gəzinti qayığındakı yanğında xəsarət alanların vəziyyəti açıqlanıb