“Şuşada BMT-nin bayrağı dalğalanacaq” –BMT nümayəndələri Şuşaya gedir (HİKMƏT HACIYEV)

Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabındakı paylaşımında bildirib.

“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, – Hikmət Hacıyev qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir