Şuşada BMT-yə daxil olmağımızın 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək
Martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları artıq təyyarə ilə Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Hava limanı ilə yaxından tanışlıqdan sonra iştirakçılar Zəfər yolu ilə Şuşaya yola düşəcəklər.
Şuşa toplantısının təşkilində əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platformanın yaradılmasının, həmçinin postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərinin və imkanlarının müzakirə edilməsidir.
Toplantı iştirakçıları arasında Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəmizki rezident əlaqələndiricisi, təşkilatın Azərbaycandakı qurumlarının rəhbər şəxsləri yer alırlar.
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...