Şuşada xidmət edən hərbçimiz avtomobil qəzasında həlak olub

vusal

Martın 3-d hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Vüsal Vüqar oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, V. Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.

Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yaxın qohumlarının sosial şəbəkədə verdiyi məlumata görə, ali məktəbi qırmızı diplomla bitirmiş Vüsal Kazımov Şuşada hərbi xidmətdə imiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir