“Şuşanın işğaldan azad edilməsi əməliyyatı dünya hərb tarixində xüsusi yer tutacaq” –

PREZİDENT
17 Noyabr 2020 - 13:15

“Şuşanın işğaldan azad edilməsi bizim düşmənə gücümüzü, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi”.

Bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanış olan zaman bildirib.

Dövlət başçısı deyib ki, Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi: “Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bizim qəhrəman hərbçilərimiz Şuşanı dağlardan, meşələrdən, çığırlardan keçərək, yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.