Süveyş kanalının gəlirləri 50 faiz azalıb- Misir prezidenti

Qırmızı dənizdəki vəziyyət və bunun nəticəsində Süveyş kanalında gəmiçilik fəaliyyətinin azalması ilə əlaqədar Misirin maliyyə itkiləri cari ilin əvvəlindən 6 milyard dollardan çox olub.

Bu barədə ölkə Prezidenti Əbdülfəttah əs-Sisi deyib.

“Son 8 ayda Süveyş kanalının gəlirləri təxminən 50-60 faiz azalıb. Beləliklə, bizim məruz qaldığımız maliyyə itkiləri 6 milyard dolları ötüb”, – deyə Misirin “Al Youm as-Sabia” portalı dövlət başçısının sözlərindən sitat gətirib.

Misir lideri, həmçinin qeyd edib ki, Qahirə bölgədəki vəziyyətdən son dərəcə narahatdır, çünki mövcud vəziyyət münaqişənin daha da genişlənməsinə gətirib çıxara bilər.

Əvvəlki məqalə

Sumqayıtda yataqxanada partlayış olub

Sonrakı məqalə

Deputatdan maraqlı addım –