SWIFT-dən çıxarılma, sanksiya, bloklanma…-Ukraynaya dəstək üçün 10 bəndlik plan hazırlandı

Polşa, Çexiya və Sloveniyanın təşəbbüsü ilə Ukraynaya dəstək üçün 10 bəndlik plan hazırlanıb.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” Polşanın baş naziri Mateuş Moravetskiyə istinadən məlumat yayıb.

Tədbirlərə bütün Rusiya banklarının SWIFT sistemindən çıxarılması, Ukraynada döyüşməkdən imtina edən rus hərbçiləri üçün sığınacaq siyasətinin başlanması, Avropada Rusiya təbliğatının tam dayandırılması, Avropa limanlarında Rusiya gəmilərinin bloklanması, Rusiya ilə avtomobil rabitəsinin bağlanması daxildir.

Rus oliqarxlarının biznes mühitinə qarşı sanksiyaların genişləndirilməsi, bütün ruslara Avropa İttifaqı vizalarının verilməsinin dayandırılması, “Vahid Rusiya” partiyasının bütün üzvlərinə qarşı sanksiyaların tətbiqi, Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna biləcək hər hansı texnologiyanın ixracına qadağa qoyulması və Rusiyanın bütün beynəlxalq təşkilatlardan kənarlaşdırılması da məlum planın bəndlərində yer alıb.

Azpost.info

Əvvəlki məqalə

Lerikdə 9 il əvvəl tikilmiş məktəbin damı uçub –

Sonrakı məqalə

“Erməni silahlı dəstələri geri çəkilməyə məcbur edilib” –