TƏBİB:"Əhalisinin sayı Azərbaycanla eyni olan ölkələrdə 10 mindən çox ölüm halları var"

“Yoluxmanın intensivliyinə baxmayaraq, bu günə ölkədə koronavirusdan ölüm halı 98 nəfər təşkil edir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, əhalisinin sayı Azərbaycanla eyni olan ölkələrdə 10 mindən çox ölüm halları var: “Ölkəmiz epidemioloji və müalicə işinin təşkili baxımından bu prosesin öhdəsindən gəlmək iqtidarındadır. Azərbaycanda 3487 aktiv xəstə müalicə alır. Onlardan 136 nəfər reanimasiyadadır, 20 xəstə süni tənəffüs cihazına bağlıdır. 3487 nəfərin içərisində orta və ağır vəziyyətdə olan, reanimasiyaya yerləşdirilməyən xəstələr də var. Onlar da süni tənəffüs cihazı ilə nəfəs alırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qərargah:

Sonrakı məqalə

Fəaliyyətinə icazə verilən xidmət sahələrində işləyən şəxslərlə bağlı məlumatlar…