“Salyan, Kürdəmir, Yevlax və İsmayılı da yoluxma səviyyəsinə görə narıncı zonaya aid edildi”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı deyib ki, bu həftə dövlət qurumları üçün cümə günü qısaldılmış iş günü olmayacaq: “Şənbə günü isə tövsiyə edirik ki, 65 yaşlı vətəndaşlarımız evdən çıxmasınlar”.