İSNA xəbər agentliyinin yaydığı məlumata görə, Təbriz və Basmınc şəhərlərində baş verən zəlzələ yerli vaxt ilə saat 06:18-də yerin 14 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələnin mərkəzi Basmınc və Təbrizin 9 kilometrliyində və Sərdəri (Sərdrud) şəhərinin 19 kilometrliyində baş verdiyi bildirilir.
Bu zəlzələdən bir gün əvvəl bazar günü saat 8 radələrində 4.4 bal gücündə zəlzələ Təbriz və ətraf şəhərlərində hiss edilmişdi.
Nasr News xəbər agentliyi Təbriz, Xosrovşah, Üskü, Səhənd şəhərlərində yanvarın 24-də məktəblərin bağlandığını yazıb.
Birinci zəlzələdən sonra Şərqi Azərbaycan Böhran İdarəetmə İdarəsinin rəsimisi bir neçə ətraf kənddə evlərin divarları çatladığını və zəlzələnin heç bir ciddi mal və tələfata səbəb olmadığını bildirib.
Rəsmilərin təximininə görə, Təbrizdə bir zəlzələ baş verdiyi təqdirdə ilk dəqiqədə gecəqondularda yaşayan 400 min nəfər hadisənin qurbanı ola bilər.