Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı Z.Ə.-nin (qız) sinif yoldaşı N.D. (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Məlumata görə, bu hadisədən sonra Z.Ə. intihara cəhd edib və bilək nahiyəsini kəsib.
Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırlır: “Məlumat təqdim olunacaq”.
Faktla bağlı prokurorluq da araşdırmaya başlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən cavab olaraq bildirilib ki, hazırda həmin faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.